top of page

Qafiyəyə oxşayan sözlər...

  • 26 Haz 2024
  • 1 dakikada okunur

Güncelleme tarihi: 13 Eki 2024


Qafiyəyə və rədif arasındakı qarışıq məqamların aydınlaşdırılması əsas məqsəddir.
Qafiyə, yoxsa oxşar sözlər..


Bəzi şeirlər var ki, fərqli misrada səslənmə baxımından yaxın sözlər olsa da, qafiyə sayılmır. Hətta həmin oxşar sözlərdən sonra təkrarlanan sözə rədif də deyə bilmirik. Q. Bürhanəddinin, M. P. Vaqifin şerlərində bu hala rast gəlmək olur. Məsələn:


Özünü əş-şeyx bilən sərdar bolur

Ənəlhəq dəvi qılan bərdar bolur.

Ər odur, həq yoluna baş oynaya

Döşəkdə ölən yigit murdar bolur.

(Qazi Bürhanəddin)


Şeirdə işlənən bilən, qılan, ölən sözün qafiyə saysaq, sərdar, bərdar, murdar sözlərin nə saymalıyıq? Və yaxud sərdar, bərdar, murdar sözləri qafiyədirsə, digər sözlər nə götürək? Həmçinin rədifin şeir bəndlərini və ya beytlərini bir-birinə bağlayan vasitə olduğunu nəzərə alsaq, bir bəndlik şeirlərdə rədif axtarmaq nə dərcədə doğru yanaşmadır?

M. P Vaqifin "Pəri" qoşmasında "Pəri" sözü rədifdir. Bir şeirin də iki rədifi, bilidiyimiz qədər, olmaz. Ancaq M. P. Vaqif "Pəri" şeirinin üçüncü bəndində rədiflə qarışdırılan məqam var.


Üz yanından tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik

Ağız naziq, dodaq nazik, dil nazik

Ağ əllərin əlvan hənadan, Pəri


Bu şeirdə qafiyəyə bənzər sözlərdən sonra işlənən nazik sözü rədif deyil. Çünki şeirin rədifi Pəridir. Bu halda tel, bel dilnazik sözünü nə götürməliyik? Təkrir götürülsə də, tel bel sözü qafiyə sayanlar var. Düşüncələriniz biz və həmkarlarınız üçün önəmlidir...


 


Nəzəriyyə ilə bağlı dərsliklər sizi qane edir?

  • Bəli

  • Xeyr




1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Unknown member
Jan 31
Rated 5 out of 5 stars.

Bu şeirdəki qafiyələr qulaq qafiyəsi sayılır. Burdakı qafiyələr tam keçərli deyil və bu baxımdan şeirin sərbəstliyi gözlənilir. Həmçinin rədifin pozulmağı bilərəkdən istifadə olunan bir üsuldur.

Like
bottom of page